Əlcəzair İsrail ordusunun Qəzza zolağına və İordan çayının qərb sahilinə yeni basqınları ilə əlaqədar mövcud vəziyyəti müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını istəyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ərəb Respublikası Radiosu məlumat yayıb.
Əlcəzair BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü mövqeyini tutur və buna görə də Fələstin-İsrail münaqişəsi zonasındakı vəziyyətə daha çox diqqət yetirir.