Avqust ayında Gürcüstan Daxili İşlər Nazirliyi miqrasiya qanunlarını pozduqları üçün Rusiya vətəndaşları da daxil olmaqla 33 nəfəri ölkədən çıxarıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə idarənin məlumatında deyilir.
Məlumata görə, qovulanların bir qismi könüllü, qalanları isə məcburi şəkildə ölkəni tərk edib.
Qovulanlar arasında İran, İordaniya, Hindistan, Türkiyə, Misir, Azərbaycan, Avstraliya, Pakistan, Nigeriya, Çin, İraq və Rusiya vətəndaşları da var.
Gürcüstan Daxili İşlər Nazirliyi iyunun əvvəlindən əcnəbi vətəndaşların ölkədən çıxarılması ilə bağlı statistik məlumatları dərc etməyə başlayıb.
Departamentin məlumatına görə, aprel ayından bəri 130-dan çox xarici vətəndaş, o cümlədən ruslar miqrasiya qanunlarını pozduqlarına görə ölkəni tərk etməyə məcbur olublar.