Hindistan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcısı ölkənin şimal-qərbində texniki nasazlıq səbəbindən qəzaya uğrayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Hindistan Hərbi Hava Qüvvələrinin mətbuat xidməti X sosial şəbəkəsində məlumat yayıb.
Pilot katapult edib. Nəşr həmçinin bildirib ki, təyyarə qəzası ilə bağlı hər hansı dağıntı barədə məlumat yoxdur. Hadisənin səbəblərini araşdırmaq üçün xüsusi komissiya işləyir.