Honq Konq aviaşirkəti Cathay Pacific Airways, Airbus A350 təyyarəsinin mühərriklərində nasazlıq aşkar edildiyi üçün sentyabrın 3-nə planlaşdırılan 48 reysi ləğv etmək qərarına gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə aviadaşıyıcının açıqlamasında deyilir.
Bundan əvvəl Honq-Konqdan Sürixə uçuş zamanı “Airbus A350” təyyarəsi hərəkət sistemində aşkar edilən problemlərə görə yola düşdüyü hava limanına qayıtmaq məcburiyyətində qalıb.
Bu hadisəyə görə aviaşirkət bu modelin digər təyyarələrini yoxlayıb.