Rusiya prezidenti Vladimir Putin sentyabrın 2-3-də Monqolustanda dövlət səfərində olacaq.
Ucnoqta.az xəbər verir ki, dövlət başçısının beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakovun jurnalistlərə verdiyi məlumata görə, proqramın çox hadisəli olacağı gözlənilir: Putin ölkə prezidenti Uxnaaqiyn Xurelsux, Monqolustan Dövlət Böyük Xuralının sədri Daşzeqviin Amarbayasqalan və baş nazirlə görüşəcək.
Kreml sözçüsünə görə, Putin Ulan-Batora sentyabrın 2-də axşam gələcək.
Uşakov aydınlaşdırıb ki, görüşlər ikitərəfli münasibətlərin əsas məsələlərinə və qarşılıqlı fəaliyyətin perspektiv sahələrinə həsr olunacaq.
Prezidentin köməkçisi qeyd edib ki, Rusiya lideri artıq dörd dəfə Monqolustanda olub.