Rumıniya “Patriot” sistemlərinin Ukraynaya verilməsini təsdiqləyib

14:24 - 2 Sentyabr 2024 - DÜNYA

Rumıniya hökuməti “Patriot” hava hücumundan müdafiə sisteminin Ukraynaya verilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə hökumətin mətbuat nümayəndəsi Mixay Konstantin Nazirlər Kabinetinin iclasından sonra keçirilən brifinqdə bildirib.

Qanun Parlament tərəfindən qəbul edildikdən sonra hökumət bu köçürmənin baş tutmasına imkan verəcək tənzimləmə çıxara biləcək.
Hökumət həmçinin Milli Müdafiə Nazirliyinin büdcəsindən ölkənin qurudan havaya müdafiə qabiliyyətini bərpa etmək səlahiyyətinə malikdir.

İyunun 20-də Rumıniya Ali Müdafiə Şurası Ukraynaya bir Patriot hava hücumundan müdafiə sisteminin təhvil verilməsi barədə qərar qəbul edib.
Rumıniya ilə NATO müttəfiqləri arasında milli hava məkanının təhlükəsizliyini təmin etmək üçün oxşar və ya ekvivalent sistemin əldə edilməsinə dair danışıqların davam etdirilməsi şərti ilə hava hücumundan müdafiə sisteminin təhvil veriləcəyi vurğulanıb.

Xəbər xətti