Koreya Respublikasının Dəniz Piyadaları Korpusu və onların ABŞ-dan olan həmkarları Yaponiya dənizinin Pohang şəhəri yaxınlığındakı sahilində gəmilər, amfibiya zirehli texnikaları və təyyarələrin iştirakı ilə amfibiya desant təlimi keçirib.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, Cənubi Koreya və ABŞ avqustun 26-dan sentyabrın 7-dək bölmə səviyyəsində Ssangyong təlimi keçirir. Sentyabrın 2-də Qətiyyətli Fəaliyyət adlı manevrlərin əsas mərhələsi baş tutub.
Cənubi Koreya və ABŞ hərbçiləri enişi idarə edən birgə qərargah qrupu yaradıblar.
Təlimdə ilk dəfədir ki, Koreya Respublikasının Pilotsuz Uçuş Aparatı Əməliyyatları Komandanlığının hərbçiləri iştirak edir.
Ardıcıl ikinci ildir ki, Britaniya Dəniz Xüsusi Qüvvələri də təlimdə iştirak edir.