Birləşmiş Krallıq Dəniz Ticarət Əməliyyatları (UKMTO) Mərkəzi Husilərin nəzarətində olan Əl-Hodeyda əyalətində yerləşən Yəmənin Əl-Salif şəhərinin sahilindən 70 dəniz mili şimal-qərbdə insident qeydə alıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Hadisənin təfərrüatları barədə məlumat verilmir. UKMTO gəmilərə Qırmızı dənizin bu ərazisindən keçərkən ehtiyatlı olmağı tövsiyə edir. Qeyd olunur ki, aidiyyatı qurumlar araşdırma aparır.