Durov məhkəmədən əvvəl Parisdə mənzil axtarır

00:32 - 2 Sentyabr 2024 - DÜNYA

Fransa məhkəməsi tərəfindən zaminə buraxılan Telegram messencerinin təsisçisi Pavel Durov məhkəməsi ərəfəsində Parisin mərkəzində mənzil axtarır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Paris Match jurnalı məlumat yayıb.

Nəşrin məlumatına görə, rusiyalı sahibkar gələn həftənin sonunda yeni mənzilə köçməyə hazırlaşır. Eyni zamanda, yeni yaşayış sahəsinin qiymətinin nə qədər olacağı ilə də maraqlanmır.

Xəbər xətti