Qarşıda hələ çox oyunlar var - "Mançester Yunayted"in baş məşqçisi

00:03 - 2 Sentyabr 2024 - İDMAN

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq İngiltərə Premyer Liqasında (APL) "Liverpul"a 0:3 hesabı ilə uduzduqdan sonra klubunun kuboklar uğrunda mübarizəsini davam etdirəcəyini bildirib

Ucnoqta.az xəbər verir ki, bu barədə Sky Sports yazıb.

“Bilirəm ki, qarşıda hələ çox oyunlar var. Mövsümün sonunda harada olacağımızı bilirəm. Çox oyun, çox liqa və kuboklar üçün mübarizə aparacağıq. Hər şey qüvvədə qalır”, - deyə Ten Hag bildirib.

İngiltərə çempionatının turnir cədvəlində "Liverpul" hərəyə 9 xal toplayaraq "Mançester Siti" ilə birinci yeri bölüşür. Brighton yeddi xalla üçüncü yerdədir. “Mançester Yunayted” 3 xalla 14-cü yerdədir.

Xəbər xətti