İtaliyanın müdafiə naziri Guido Crosetto Yeddilik Qrupunun (G7) sədri kimi Romanın müdafiə nazirlərinin ilk iclasına ev sahibliyi edəcəyini açıqlayıb.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Krosetto bu barədə Praqada keçirilən tədbirdə deyib.
İtaliya Rəyasət Heyətinin saytında qeyd edildiyi kimi, görüş oktyabrın 18-20-də Neapolda baş tutacaq.
Krosetto həmçinin Avropa Komissiyasının sədri Ursula fon der Leyenin müdafiə komissarı təyin etmək qərarını alqışlayıb.