Rusiyanın Kamçatka vilayətində bir gün əvvəl itən Mi-8 helikopteri qəzaya uğrayıb və xilasedicilər onun qalıqlarını aşkar ediblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.
“İtmiş helikopterin qalıqları havadan aşkar edilib. Onlar son əlaqə saxladıqları yerin yaxınlığında 900 m yüksəklikdə yerləşirlər”, - deyə mətbuat xidmətindən bildirilib.