Sentyabrın 3-də, saat 06:00-dan 21:00-dək Bakının Bibiheybət və Şıx qəsəbələri, 20-ci sahənin Elçin Əzizov, Ömər Faiq Nemanzadə, Gülbala Əliyev küçələrinin bir hissəsi, Hüseynbala Əliyev, Oqtay Daşdəmirov, Çernyaxovski küçəsi, Mixail Lermontov, Dağlıq küçələri, 4-cü və 6-cı mədən ərazilərinə suyun verilməsində fasilə yaranacaq.
Ucnoqta.az bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) daxil olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, fasilə Bibiheybət şosesindən Lökbatan dairəsinədək magistral su xəttinin dəyişdirilməsi layihəsi çərçivəsində görüləcək işlərlə bağlıdır.