Ermənistan hazırda KTMT-nin bütün qurumlarında iştirakını dondurub və hələlik başqa qərarlar qəbul etmək fikrində deyil.
Ucnoqta.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.
“Biz KTMT-nin bütün orqanlarında fəaliyyətimizi dondurmuşuq və indiki mərhələdə bunu kifayət hesab edirik. Biz indi fərqli qərar verməyə ehtiyac görmürük, lakin bu, gələcəkdə fərqli qərar verməyəcəyimiz demək deyil”, - deyə o bildirib.