Xəzər rayonu Zirə qəsəbəsindəki evlərin birindən 35000 manat pul, oyun aparatı və sənədlərin oğurlanması barədə Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə məlumat daxil olub.
Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən O. Məmmədzadə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.