İlon Maskın X şirkəti işçilərinə Kaliforniyanın San-Fransisko şəhərindəki qərargahının 13 sentyabr Cümə günü bağlı olacağını elan etdi.
Ucnoqta.az xəbər verir ki, bu barədə Fortune jurnalı şirkətdəki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, bir gün əvvəl X işçilərə San-Fransiskodakı qərargahın bağlanma tarixini - cümə gününə təsadüf edən 13 sentyabr 2024-cü il tarixini göstərən qısa bildiriş göndərib.
Jurnal göstərir ki, ofis işçiləri şirkətin San Xose və Palo Altodakı filiallarına köçürülməlidir.
X-in yeni qərargahının harada yerləşəcəyi hələlik məlum deyil.