Evinizin yaxınlığındakı yaşıllıqlar infarkt riskini azaldır
Ucnoqta.az xəbər verir ki, bununla bağlı məqalə MedicalXpress jurnalında dərc olunub. Bu araşdırmada bir neçə yüz amerikalı iştirak edib. Tədqiqatçılar öz konsepsiyalarını sübut etmək üçün onların yarısının evlərinin yaxınlığında bir neçə min ağac və kol əkiblər.
Amerikalı alimlər müəyyən ediblər ki, ağaclar və kollar da daxil olmaqla, yaşıllıqların çox olduğu ərazilərdə yaşayan insanlar infarkt və digər xəstəliklərə səbəb olan iltihabdan daha az əziyyət çəkirlər
Bu nəticələr 745 amerikalıdan götürülmüş qan, sidik, saç və dırnaq nümunələrinin öyrənilməsindən sonra qəbul edilib.
Təcrübə çərçivəsində tədqiqat iştirakçılarının yarısının yaşadığı ərazidə səkkiz min ağac və kol əkilib.
Nəticədə yaşıl ərazilərdə yaşayan insanların C-reaktiv zülal səviyyəsinin ikinci qrupdakılardan 13-20% aşağı olduğu, infarkt riskinin isə 15% azaldığı məlum olub.