İndoneziya meymuna yoluxma hallarının artması səbəbindən ölkəyə daxil olan əcnəbilərə nəzarəti gücləndirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiyanın Cakartadakı səfirliyinin Telegram kanalında məlumat verilib.
Açıqlamadan belə çıxır ki, məhdudiyyətlər avqustun 28-dən tətbiq olunmağa başlayıb.
Turistlər təkcə öz şəxsi məlumatlarını elektron formada deyil, həm də xəstəliyin hər hansı əlamətinin olub-olmadığını qeyd etməli olacaqlar.
Üstəlik, İndoneziyaya gələn əcnəbilər meymun çiçəyi simptomları olan insanlarla qarşılaşıblarsa, hakimiyyət orqanlarına məlumat verməlidirlər.