Azərbaycanda 4 nəfər dərmandan zəhərləndi - 9 yaşlı uşaq öldü

14:05 - 30 Avqust 2024 - HADİSƏ

Göygöl rayonunda zəhərlənmə hadisəsi baş verib.

Ucnoqta.az APA-ya istinadən bildirir ki, hadisə kəndlərdən birində qeydə alınıb.

Dörd nəfərin zəhərləndiyi, onlardan üçünün uşaq olduğu qeyd edilib. Zəhərlənmə nəticəsində doqquz yaşlı uşaq isə ölüb.

Onların "Niastol" adlı dərmandan zəhərləndikləri ehtimal edilir.

Xəbər xətti