Kiyevin xəzinəsi boşalır - Medvedev

10:44 - 30 Avqust 2024 - DÜNYA

Kiyev hakimiyyəti öz xəzinələrinin tükənməsi ilə üz-üzədir və məhz bu, onların Qərbi Ukraynada əhalisi yad hesab edilən Donbası qaytarmaq istəyi ilə bağlıdır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının (TŞ) sədr müavini Dmitri Medvedev Telegram kanalında yazıb.

"Kiyev neonasistləri onlara tamamilə yad olan Donbası qaytarmağa niyə bu qədər can atırlar? Mineral resurslara çıxış bizim gözümüzün önündə əriyən geri qaytarılmayan pul axınını kompensasiya edə biləcək şeydir” -Medvedev bildirib.

"Ukraynanın mineral ehtiyatlarının ümumi dəyəri təxminən 14,8 trilyon dollar qiymətləndirilir, eyni zamanda, 7,3 trilyon dollar Luqansk və "Donetsk Xalq Respublikalarının" payına düşür", - Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini məlumat paylaşıb.
"Yəni, keçmiş Ukraynanın milli sərvətinin demək olar ki, yarısı Donbasdır. Bandera qərblilərinin torpaqlarında cəmi 723 milyard dollarlıq ehtiyatlar var ki, bu da bütün ehtiyatların 5%-ni keçmir" - o, əlavə edib.

Xəbər xətti