İsrail ordusu Qəzzada yardım karvanına zərbələr endirib

08:36 - 30 Avqust 2024 - DÜNYA

 İsrail hərbçiləri Qəzza zolağının cənubunda humanitar yardım daşıyan karvanın tərkibində hərəkət edən avtomobilə hava zərbəsi endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb.

Təsdiqlənməmiş məlumatlara görə, Rəfahdakı xəstəxanaya dərman və yanacaq daşıyan konvoya hücum nəticəsində 5 nəfər həlak olub.
Yardımın çatdırılmasını ABŞ-da yerləşən Anera xeyriyyə təşkilatı təşkil edib.

İsrail Müdafiə Qüvvələrinin açıqlamasına görə, yaraqlıların konvoya rəhbərlik edən avtomobilə nəzarəti ələ keçirməyə cəhd etdiyini və İDF avtomobilə zərbələr endirib, humanitar konvoyun qaçırılma təhlükəsini zərərsizləşdirib.
Ordunun mətbuat xidmətinin məlumatına görə, Anera və təhlükəsizlik qüvvələri tərəfindən itki yoxdur.

Xəbər xətti