Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossi gələn həftə Zaporojye Atom Elektrik Stansiyasına (ZNPP) səfərindən əvvəl “nəyin bahasına olursa olsun” nüvə qəzasının qarşısını almağa çağırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə təşkilatın saytındakı press-relizdə deyilir.
"Nüvə qəzasının nəyin bahasına olursa olsun qarşısını almaq lazımdır, atom elektrik stansiyalarına heç vaxt hücum edilməməlidir. Nəticələri fəlakətli ola bilər və bundan heç kim faydalana bilməz", - Qrossinin mətbuata açıqlamasında deyib.
Agentlik bildirib ki, gələn həftə Qrossi Ukraynada yüksək səviyyəli danışıqlar aparacaq və həmçinin Zaporojye Atom Elektrik Stansiyasındakı vəziyyəti qiymətləndirəcək.