Makron Durovun həbsindən danışdı

00:00 - 30 Avqust 2024 - DÜNYA

Fransa prezidenti Emmanuel Makron Telegram-ın həmtəsisçisi Pavel Durovun Parisə gəlmək planlarından xəbəri olmadığını bildirib.

Ucnoqta.az xəbər verir ki, Makron Belqradda serb həmkarı Aleksandr Vuçiçlə birgə mətbuat konfransında deyib:

“Mən cənab Durovun Fransaya gəlişindən qətiyyən xəbərsiz idim. Mənim tərəfimdən hansısa dəvətin olması barədə məlumat yalandır. Mən nə ötən həftənin sonunda, nə də yaxın günlərdə cənab Durovla görüşmək fikrində deyildim”.

Fransa lideri Telegram həmtəsisçisi ilə bağlı ədalətin qərarını şərh etməkdən imtina edib.
“Hüquqi dövlətdə ədalət müstəqil şəkildə fəaliyyət göstərir”, – Makron deyib.

O, eyni zamanda vurğulayıb ki, “Fransa söz azadlığına, innovasiyalara və sahibkarlığa sadiqdir”.

Xəbər xətti