İran dörd atom bombası yaratmaq üçün uran ehtiyatı yarada bilər

20:38 - 29 Avqust 2024 - DÜNYA

İran öz uran ehtiyatlarını artırmağa davam edir və bu ehtiyatlar daha da zənginləşdirilərsə, nəzəri cəhətdən nüvə silahı yaratmaq üçün kifayət edə bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin rüblük hesabatına istinadən məlumat yayıb.

20%-ə qədər zənginləşdirilmiş UF6 ehtiyatları 62,6 kq-dan 813,9 kq-a yüksəlib. 60%-ə qədər zənginləşdirilmiş UF6 ehtiyatlarının 22,6 kq-dan 164,7 kq-a qədər artdığı təxmin edilir.

AEBA-nın tərifinə görə, 60%-ə qədər zənginləşdirilmiş 42 kq uranın sonrakı zənginləşdirilməsi ilə nüvə bombası yaratmaq üçün nəzəri cəhətdən kifayətdir”, - deyə agentlik yazır.

Xəbər xətti