Keçmiş müdafiə nazirinin müavinini 10 ilə qədər həbs gözləyir

14:22 - 29 Avqust 2024 - DÜNYA

Rusiya Federasiyası müdafiə nazirinin keçmiş müavini Pavel Popov dələduzluqda təqsirli bilinərsə, 10 ilə qədər həbs oluna bilər.

Ucnoqta.az xəbər verir ki, Rusiya Federasiyasının İstintaq Komitəsinin daha əvvəl bildirdiyi kimi, Popov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsi (dələduzluq) 4-cü hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinir. .Bu maddənin sanksiyasında başqa şeylərlə yanaşı, 1 milyon rubla qədər cərimə ilə 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

İstintaqın məlumatına görə, 2021-2024-cü illərdə "Patriot" parkının inkişafı, saxlanması və istismarına cavabdeh olan Popov parkın direktoru Vyaçeslav Əhmədov və onun müavini ilə birlikdə bu qurumun hesabına gəlir əldə edib. 

Xəbər xətti