Lukaşenko hərbçilərə ölkədən kənarda döyüşə getmə əmri verməyəcək

13:16 - 29 Avqust 2024 - DÜNYA

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, o, belarus hərbçilərinə ölkədən kənarda döyüşmək əmri verməyib və verməyəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə BELTA agentliyi yazıb.

"Ölkəmizin hüdudlarından kənara çıxmaq üçün heç bir əmr olmayıb və olmayacaq da, onlar bizə pis niyyətlə gələndə mübarizə aparacağıq", - Lukaşenko deyib.

Xəbər xətti