Kiyevə 6 milyard avrodan çox yardım Macarıstanın vetosuna görə mümkün deyil - Borrel

11:18 - 29 Avqust 2024 - DÜNYA

Avropa Sülh Fondu vasitəsilə Ukraynaya ayrılan 6 milyard avrodan çox hərbi yardım Macarıstanın vetosuna görə dondurulub.

Ucnoqta.az xəbər verir ki, müvafiq bəyanatı Aİ diplomatik xidmətinin rəhbəri Josep Borrel Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə birlikdə səfərə gəldiyi Aİ xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən əvvəl verib.

Avropa İttifaqının xarici işlər nazirlərinin bu görüşü, Baş nazir Viktor Orbanın iyulun əvvəlində Avropa Komissiyası ilə koordinasiya olunmayan sülh təşəbbüsləri ilə Macarıstanı Rusiya və Çinə səfərlərinə görə cəzalandırmaq üçün Borrelin Budapeştdən Brüsselə daşıdığı qərarı ilə keçirilib.

Xəbər xətti