Hindistanda yağan yağışlar nəticəsində ölənlərin sayı 26-ya çatıb

11:12 - 29 Avqust 2024 - DÜNYA

Hindistanın qərbindəki Qucarat ştatında son 24 saat ərzində yağan yağışlar nəticəsində evlərin uçması, ağacların aşması və digər hadisələr nəticəsində ölənlərin sayı 26-ya çatıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Times of India:News məlumat yayıb. Bildirilir ki, həftənin əvvəlindən bəri bölgə illik orta yağıntının 100%-ni alıb.
Bəzi ərazilərdə gündəlik yağıntının miqdarı 445 mm təşkil edib. Vadodara şəhəri havadan ən çox zərər çəkib və sel suları altında qalıb.
Qucaratda çayların səviyyəsinin qalxması ilə əlaqədar 17,8 min insan təhlükəsiz yerlərə təxliyə edilib.

Hindistan Meteorologiya İdarəsi musson zonası üçün ən yüksək qırmızı təhlükə səviyyəsini elan edib və 24 çayın daşması və 120-dən çox su anbarında bəndlərin partlaması səbəbindən daşqın zonalarının artması təhlükəsi barədə xəbərdarlıq edib.

Xəbər xətti