54 yaşlı supermodel ad gününü çimərlik geyimində qeyd etdi

08:38 - 29 Avqust 2024 - MAQAZİN

Alman supermodel və kino aktrisası Klaudiya Şiffer 54 yaşının şərəfinə açıq-saçıq çimərlik geyimində videoçarx nümayiş etdirib.

Ucnoqta.az xəbər verir ki, kadrlar onun 2,3 milyon abunəçisi olan İnstaqram səhifəsində paylaşılıb.

Model Yunanıstanda istirahətdə olarkən kamera qarşısına keçib. O, təkanlı büstqalter və aşağı bel ipli şalvardan ibarət ağ bikinidə poza verib. 

İzləyiciləri onun bu görününşünə heyran olublar.
 

Xəbər xətti