Koreya Respublikası və ABŞ hərbi təlimi başa çatıb

08:24 - 29 Avqust 2024 - DÜNYA

Koreya Respublikası və ABŞ hərbçiləri avqustun 19-dan 29-a qədər keçirilən "Ulchi Freedom Shield" adlı əsas illik təlimlərini başa vurdular.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.

Manevrlərdə təxminən 19 min Cənubi Koreya hərbçisi iştirak edib və canlı atəş təlimləri də daxil olmaqla 48 səhra təlimi keçirilib.

"Ulchi Freedom Shield" proqramına həmçinin kompüter simulyasiyası təlimləri və mülki müdafiə təlimləri, o cümlədən ümummilli hava hücumu təlimi daxildir.
Koreya Respublikası hökuməti tərəfindən təşkil edilən mülki müdafiə təliminə ilk dəfə olaraq KXDR-in nüvə silahından istifadə ssenarisi daxil edilib.

Xəbər xətti