Pavel Durova qarşı ittiham irəli sürülüb
Ucnoqta.az xəbər verir ki, Fransada Durov əvvəllər elan edilmiş 12 cinayətdən altısında, o cümlədən hakimiyyətlə əməkdaşlıqdan imtinada ittiham olunur.
— Qeyri-qanuni əməliyyatlar aparmaq məqsədilə onlayn platformanın idarə edilməsi (təkcə bu maddəyə əsasən onu 10 ilə qədər həbs və 500 min avro cərimə gözləyir).
— Şifrələmə açarlarının ötürülməsindən imtina.
— Uşaq pornosunun yayılmasında və narkotik alverində iştirak.
— Bir qrup şəxsin tərkibində cinayət törətmək.
— Telefonların dinlənilməsi üçün qanunla icazə verilən məlumat və sənədləri orqanlara təqdim etməkdən imtina.
23:55
Telegram-ın həmtəsisçisi Pavel Durova qarşı ittiham irəli sürülüb və məhkəmə nəzarəti altında sərbəst buraxılıb
Ucnoqta.az xəbər verir ki, bu abrədə AFP Paris prokuroruna istinadən məlumat yayıb.
Bildirilir ki, o, 5 milyon avroluq girov və həftədə iki dəfə polis idarəsinə gəlmək öhdəliyi ilə məhkəmə nəzarətinə verilib.