İsveçdə Quran yandırma aksiyalarının təşkilatçılarına qarşı iş açılıb

14:11 - 28 Avqust 2024 - DÜNYA

İsveç prokurorluğu 38 və 49 yaşlı iki kişiyə qarşı "millətə görə nifrətin qızışdırılması" maddəsi ilə iş açıb. Onlar 2023-cü ilin yayında Stokholmda dörd yerdə Quranı yandırmaqda ittiham olunurlar.

Ucnoqta.az xəbər verir ki, bu barədə prokurorluğun yaydığı məlumatda deyilir. Cinayət əməllərinin sübutu hərəkətlərin baş verdiyi yerlərdən çəkilmiş video çəkilişlərdir.
istintaqa rəhbərlik edən baş prokuror Anna Hankkio bildirib ki, hər ikisi bu dörd epizodda qışqırmaqda və Quranı müsəlmanlara dinlərinə görə qəsdən hörmətsizlik edən şəkildə rəftar etməkdə ittiham olunurlar.

Xəbər xətti