Yaponiyanın cənub-qərbində güclü “Şanşan” qasırğasının yaxınlaşması ilə əlaqədar güclü külək və yüksək dalğaların əmələ gəlməsi ilə bağlı xüsusi xəbərdarlıq edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Sinoptiklər su anbarlarının daşması və sürüşmə təhlükəsi ilə bağlı xəbərdarlıq edir. Bu, aran və dağlıq ərazilərdə yaşayanlar üçün xüsusilə təhlükəlidir.
Təhlükə halında onlara dərhal xüsusi mərkəzlərə təxliyə edilmələri tövsiyə olunur.
Yaponiya hökuməti həmçinin təbii fəlakətlərə reaksiya vermək və onlar haqqında məlumat toplamaq üçün xüsusi qərargah yaradıb.
Yaxınlaşan qasırğa səbəbindən 230-dan çox reys təxirə salınıb.