Sudanda güclü yağışlar nəticəsində 30 nəfər ölüb

01:09 - 28 Avqust 2024 - DÜNYA

Avqustun 25-də Sudanda güclü yağışlar nəticəsində Arbaat bəndinin uçması 20 kəndin dağılmasına və ən azı 30 nəfərin ölümünə səbəb olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi (OCHA) məlumat yayıb.

“Bazar günü Sudanın Qırmızı dəniz əyalətində, Port Sudandan təxminən 38 km şimal-qərbdə yerləşən Arbaat bəndi güclü yağışlar nəticəsində ciddi ziyan görüb və çöküb, əhalinin məskunlaşdığı əraziləri su basmasına gətirib çıxarıb”, - deyə agentlik bildirib.

Bildirilir ki, yerli hakimiyyət orqanları 30 nəfərin öldüyünü təsdiqləyib, lakin biz ölənlərin sayının daha çox ola biləcəyindən qorxuruq. 

Bir çox insan itkin düşüb. OCHA-nın məlumatına görə, "bəndin ətrafındakı 70 kənd zərər çəkib, onlardan 20-si dağıdılıb".

 

Sudan hakimiyyətinin məlumatına görə, bəndin qərbində yaşayan 50 minə yaxın insanın evi dağıdılıb və ya zədələnib, 84 quyu uçub, 10 min təsərrüfat heyvanı tələf olub.

Xəbər xətti