Afrikada meymunçiçəyinə yoluxanların sayı kəskin artıb

00:01 - 28 Avqust 2024 - DÜNYA

2024-cü ilin əvvəlindən Afrika ölkələrində mpox (“empox”, meymun çiçəyinin yeni adı) yoluxma hallarının sayı 22,8 min nəfərə çatıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə AP agentliyi Afrika İttifaqının tibb xidmətinə - Xəstəliklərə Nəzarət və Qarşısının Alınması üzrə Afrika Mərkəzlərinə (ACDC) istinadən məlumat verib.

Bu müddət ərzində 622 nəfər yoluxduqdan sonra dünyasını dəyişib. Üstəlik, son bir həftə ərzində yoluxmaların sayı 200% artıb.

Mpox epidemiyasının episentri Konqo Demokratik Respublikasıdır (DRC). Xəstəlikdən ən çox yoluxan yaş qrupu 15 yaşa qədər uşaqlar və yeniyetmələrdir.

Xəbər xətti