NATO-nun baş katibi Yens Stoltenberq Kiyevin xahişi ilə avqustun 28-də Ukrayna-NATO Şurasının (UNC) iclasını çağıracaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” NATO nümayəndəsinə istinadən məlumat yayıb.
“Görüş səfirlər səviyyəsində keçiriləcək, Ukraynanın müdafiə naziri Rustem Umerovun döyüş meydanındakı vəziyyət və prioritet hərbi ehtiyaclar barədə videobağlantı vasitəsilə müttəfiqlər üçün brifinq keçirəcəyi gözlənilir” - Alyans nümayəndəsi deyib.