İran prezidenti Məhəmməd Cavad Zərifin istefasını qəbul etməyib

16:56 - 27 Avqust 2024 - DÜNYA

2013-2021-ci illərdə İslam Respublikasının xarici işlər naziri vəzifəsində çalışmış və ABŞ-la münasibətlərin normallaşdırılmasının tərəfdarı olan İranın strateji məsələlər üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif istefa məktubuna baxmayaraq, vəzifəsində qalacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Zərif X-də yazıb.

O, bu gün ölkənin ali dini lideri Ayətullah Əli Xameneinin yeni hökumətlə ilk görüşündə iştirak edib.

Avqustun 11-də, cəmi on günlük vitse-prezident vəzifəsindən sonra Zərif istefa ərizəsini prezidentə təqdim etdiyini açıqlamışdı.

Xəbər xətti