Belarus çox çətin dövr yaşayır - Lukaşenko

13:47 - 27 Avqust 2024 - DÜNYA

Belarus çox çətin dövr yaşayır ki, bu da Ukrayna hadisələri və Qərbin respublikada sabitliyi pozmaq planları ilə bağlıdır.

Ucnoqta.az xəbər verir ki, bunu ölkə prezidenti Aleksandr Lukaşenko Respublika Pedaqoji Şurada deyib.

“Biz ən çətin dövrdə yaşayırıq, mən cənubda müharibənin getdiyini demirəm. Qərbdəki bu dəlilər bizə qarşı nə hazırlayırlar? Biz bunu diqqətdə saxlamalıyıq”, - deyə BelTA xəbər agentliyi Lukaşenkodan sitat gətirib.

Onun sözlərinə görə, onu da nəzərə almaq lazımdır ki, bu vəziyyətdə ölkəni, bu nəhəngi Qərbdən Şərqə çevirmək lazımdır. Biz təmin etməliyik ki, siz Şərqdə qəbul olunasınız, Allaha şükürlər olsun, biz uğur qazanırıq, amma bu, ən çətin işdir. Mən istəyirəm ki, başa düşəsiniz: ölkə çox çətin dövrdə yaşayır, sual “ya-ya da”dır”, - Lukaşenko deyib.

Belarus müəllimlərinə müraciət edərək, o, onlarla bir qayıqda olduğunu və getməyə yeri olmadığını söyləyib.

Xəbər xətti