Amerikalı iş adamı və sahibkar İlon Mask Fransa prezidenti Emmanuel Makrona müraciət edərək Telegram-ın yaradıcısı Pavel Durovun həbsinin səbəblərini izah etməsini istəyib.
Ucnoqta.az xəbər verir ki, Mask Makronun bununla bağlı açıqlamasına şərh yazıb.
“Dünya ictimaiyyətinin onun niyə həbs edildiyi barədə daha ətraflı məlumat əldə etməsi faydalı olardı” - sahibkar qeyd edib.