Qəzza ilə bağlı danışıqlar daha bir neçə gün davam edəcək - Ağ Ev

22:38 - 26 Avqust 2024 - DÜNYA

Qəzza zolağında atəşkəsin mümkünlüyü ilə bağlı danışıqlar ən azı bir neçə gün daha Qahirədə davam edəcək. İsraillə Livandakı şiə Hizbullah hərəkatı arasında zərbələr mübadiləsi danışıqlar prosesinə təsir etməyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirilən müntəzəm onlayn brifinqdə bildirib.

"Biz bu işçi qrupun müzakirələrinin ən azı yaxın bir neçə gün çəkəcəyini gözləyirik. Həftə sonu hücumlara gəlincə, yox, Qahirədəki danışıqlara heç bir təsiri olmadı.
Və biz bunu görməkdən çox şadıq”, - Ağ Evin sözçüsü bildirib.

Xəbər xətti