Modi Baydenlə Ukrayna və Banqladeşdəki vəziyyəti müzakirə edib

20:53 - 26 Avqust 2024 - DÜNYA

 Hindistanın baş naziri Narendra Modi ABŞ prezidenti Co Baydenlə telefonla Ukraynadakı vəziyyəti və Banqladeşdəki vəziyyəti müzakirə edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Modi X səhifəsində yazıb.

O, əlavə edib ki, söhbət zamanı o, Hindistanın sülh və sabitliyin tezliklə bərpasına tam dəstəyini bir daha təsdiqləyib.

"Biz Banqladeşdəki vəziyyəti də müzakirə etdik və Banqladeşdə normal həyatın tez bir zamanda bərpa edilməsi və azlıqların, xüsusən də hinduların təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğuladıq" -Hindistan hökumətinin başçısı qeyd edib.


İki lider arasında söhbət Modinin avqustun 23-də Kiyevə səfərindən qısa müddət sonra baş tutub ki, bu da Hindistan hökumətinin başçısı üçün 1992-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından sonra ilk dəfə olub.

Xəbər xətti