İran İsrailə nə vaxt və necə cavab verəcəyinə özü qərar verəcək - Baqiri

17:20 - 26 Avqust 2024 - DÜNYA

Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsi ilə bağlı İsrailə nə vaxt və necə cavab verəcəyinə İran özü qərar verəcək və medianın təxribatlarına arxalanmayacaq.

Ucnoqta.az xəbər verir ki, bunu İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqiri deyib.
“Bu cinayət əməlinə görə həm "Müqavimət Oxu", həm də İran İslam Respublikasının qisas alınması qaçılmazdır. İran medianın təxribatçı oyunlarına qatılmır və necə və nə vaxt cavab verəcəyinə müstəqil qərar verəcək. “Müqavimət oxu” da qisas metodunu və miqyasını seçməkdə sərbəstdir və biz bunu dünən qismən gördük”, - deyə o, IRIB telekanalında bildirib.

Xəbər xətti