Kiyevdə partlayışlar SES-ə ziyan vurub

14:34 - 26 Avqust 2024 - DÜNYA

Bu gün səhər saatlarında baş verən partlayışlar nəticəsində Kiyev Su Elektrik Stansiyasına ciddi ziyan dəyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə UNIAN agentliyi müvafiq video yayımlayaraq məlumat yayıb.

Qeyd olunur ki, su elektrik bəndinin yolu və stansiyanın turbin otağı zədələnib.

Əvvəllər Kiyev və ətraf rayonlarda çoxlu sayda partlayışlar olub. Kiyev vilayətinin hakimiyyət orqanları infrastruktur obyektlərinə dəyən ziyanı açıqlayıb.

Xəbər xətti