Çin hərbi təyyarəsi Yaponiya sərhədini pozdu - XİN etiraz etdi

14:20 - 26 Avqust 2024 - DÜNYA

Yaponiya Çinin hərbi təyyarələrinin Danco adaları (Naqasaki prefekturası) ərazisində hava məkanını pozmasına etiraz edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunduğu kimi, xarici işlər nazirinin müavini Masataka Okano Çin Xalq Respublikasının müvəqqəti işlər vəkilini çağıraraq, ona etirazını bildirib və gələcəkdə belə halların təkrarlanmaması üçün tədbirlərin görülməsini tələb edib.

Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, hava məkanının pozulması yerli vaxtla saat 11:29-da baş verib. Çinin Y-9 təyyarəsi Yaponiya hava məkanını 2 dəqiqə sonra tərk edib.

Bununla əlaqədar olaraq, Yaponiya Özünümüdafiə Qüvvələrinin qırıcıları səmaya qaldırılıb.
KİV-in məlumatına görə, Çin təyyarəsinin Yaponiya hava məkanını pozması ilk dəfə qeydə alınıb.

Xəbər xətti