Bakıda avtomobil qaçırılıb.
Bu barədə Ucnoqta.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, avqustun 19-u saat 14 radələrində Novxanı bağları sahəsinin ərazisində yerləşən istirahət mərkəzinin qarşısından paytaxt sakini olan bir qadına məxsus “Hyundai” markalı avtomobil qaçırılıb.
Hadisəni törətmiş həmin obyektdə çalışan Natiq Qasımov Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar davam etdirilir.