Beyləqanda uşaq kanalda batıb

15:47 - 19 Avqust 2024 - HADİSƏ

Beyləqanda uşaq kanalda batıb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Baş Mil kanalının Beyləqan rayonu, Yeni Mil qəsəbəsindən keçən hissəsində 1 nəfərin (uşaq) batması barədə məlumat daxil olub:

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Xəbər xətti