Bakıda iki qadının 30 min pulu və 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb

14:09 - 19 Avqust 2024 - HADİSƏ

Bakının Nərimanov rayonu ərazisində paytaxt sakini olan iki nəfər qadına məxsus 30 min manat nağd pul, 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sözügedən hadisə ilə bağlı polisə müraciət daxil olub. Həyata keçirilən tədbirlərlə cinayət əməllərini törətməkdə şübhəli bilinən Ş.Məmmədov və M.Quluzadə saxlanılıblar.

Faktlarla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Xəbər xətti