Yeni Zelandiya səfirliyinin əməkdaşı Parisdəki evində quldurların hücumuna məruz qalıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Le Parisien qəzeti məlumat yayıb.
Hadisə cümə axşamı Parisin 7-ci məhəlləsində, Avenue Rapp küçəsində baş verib. Oğurlar onun evinə girəndə 34 yaşlı diplomat evdə olub.
Onu bağlayaraq şəxsi əşyalarını götürüblər və tapançanın qundağı ilə üzünə vurublar.
Bununla belə, nəşrin məlumatına görə, hadisə zamanı yeni zelandiyalı ciddi xəsarət almayıb.
Hücum edənlər saxta dövlət nömrə nişanlı avtomobillə cinayət yerindən qaçıblar. Onların qarşısını almaq üçün hüquq-mühafizə orqanları cəlb edilib, lakin onlar hələ də tutulmayıb.
Qəzet qeyd edir ki, son vaxtlar Parisdə belə zorakı oğurluqlar getdikcə daha çox baş verir.
Belə ki, 2024-cü ilin yanvar-may ayları ərzində 135 belə hal qeydə alınıbsa, 2023-cü ilin eyni dövründə 102 belə hal qeydə alınıb.