Gədəbəydə qadın bıçaqlanıb, şübhəli şəxs kimi həyat yoldaşı saxlanılıb

21:59 - 15 Avqust 2024 - HADİSƏ

Gədəbəy rayonunun Şahdağ kəndində qadın bıçaqlanıb.

"Report"un məlumatına görə, mübahisə zəminində bıçaq xəsarətləri alan 1993-cü il təvəllüdlü Tahirə İsgəndərova xəstəxanaya çatdırılıb. Onun vəziyyəti orta ağır qiymətləndirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"un Qərb bürosunun sorğusuna cavab olaraq bildirilib ki, qısqanclıq zəminində hadisəni törətməkdə şübhəli bilinən, qadının əri 1977-ci il təvəllüdlü Mütəllim Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti