Sverdlovsk vilayətində 12 yaşlı məktəbli enerji içkisi içib və az qala insult keçirsin.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Shot Telegram” kanalı məlumat yayıb.
Nəşrin məlumatına görə, rusiyalı məktəbli içkidən iki qutu qəbul edib. Bundan sonra o, iki gecə özünü pis hiss edib – oğlanda şiddətli baş ağrısı tutmaları olub. Üstəlik, bədəninin yarısı da uyuşmuşdu.
Uşaq rayon xəstəxanasına aparılıb, həkimlər insultdan əvvəlki vəziyyət diaqnozu qoyublar.
Sverdlovsk vilayətinin Səhiyyə Nazirliyi izah etdi ki, həkimlər bədəni təmizlədilər və vəziyyət normallaşdıqdan sonra gənc xəstəni buraxıblar.